Məhsul bazarı haqqında
05.03.2019 00:00
2019-cu ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar ayı ilə müqayisədə 3,5 faiz artaraq 1557,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 720,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 837,1 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 27,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,7 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Cari ilin yanvar ayında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 2,9 milyon manatlıq və ya 2018-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,4 faiz az istehlak məhsulları satılmışdır. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunmuşdur.