Ödənişli xidmətlər haqqında
05.03.2019 00:00
2019-cu ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,9 faiz artaraq 442,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 268,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 60,6 faizini təşkil etmişdir.