Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2019-cu ilin yanvar-fevral aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı istifadəyə verilmişdir. 2019-cu ilin yanvar-fevral aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1295,0 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 51,5 faizi dövlət, 48,5 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 59,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2019-cu ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,6 faizini əsaslı təmir, 6,0 faizini cari təmir, 20,1 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 83,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.