Məhsul bazarı haqqında
03.04.2019 00:00
2019-cu ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz artaraq 2984,6 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 1371,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 1612,9 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 28,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 57,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,6 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.