Tikintinin əsas göstəriciləri
22.06.2011 00:00
2011-ci ilin yanvar-may aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 29358 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
2011-ci ilin yanvar-may aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1205,9 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,0 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 1057,0 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 148,9 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2011-ci ilin yanvar-may aylarında 249,1 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 77,3 faiz təşkil etmişdir.
2011-ci ilin yanvar-may aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1192,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,8 faiz artmışdır.