Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2019-cu ilin yanvar-mart aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir. 2019-cu ilin yanvar-mart aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2155,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 62,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2019-cu ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,8 faizini əsaslı təmir, 4,7 faizini cari təmir, 19,7 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 86,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.