Məhsul bazarı haqqında
02.05.2019 00:00
2019-cu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,0 faiz artaraq 4924,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 2241,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,9 faiz artaraq 2682,9 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 25,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.