Tikintinin əsas göstəriciləri
29.05.2019 00:00
2019-cu ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,7 faizini əsaslı təmir, 4,9 faizini cari təmir, 20,3 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 86,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.