Ödənişli xidmətlər haqqında
02.07.2019 00:00
2019-cu ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,9 faiz artaraq 2066,5 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1490,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 72,1 faizini təşkil etmişdir.