Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2019-cu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,0 faiz artaraq 9987,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 4617,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 5369,5 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 27,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.