Məhsul bazarı haqqında
26.08.2019 00:00
2019-cu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,1 faiz artaraq 11533,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1 faiz artaraq 6265,5 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 27,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.