Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2011-ci ilin yanvar-iyun aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 3819,1 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 7,7 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 19,0 faizi hüquqi şəxslər, 81,0 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 726,8 milyon manatlığını hüquqi şəxslərdən, 3092,3 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2010-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 13,0 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 6,6 faiz artmışdır. Əhaliyə satılmış malların 2009,3 milyon manatını ərzaq, 1809,8 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 52,6 və 47,4 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 3,9 faiz üstələyərək 1462,8 milyon manata çatmışdır. Ãœmumi həcmin 57,0 faizi hüquqi şəxslərin, 43,0 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 0,2 faiz və 9,1 faiz çox pullu xidmətlər göstərilmişdir.