Tikintinin əsas göstəriciləri
25.09.2019 00:00
2019-cu ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,0 faizini əsaslı təmir, 5,1 faizini cari təmir, 21,6 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 83,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.