Ödənişli xidmətlər haqqında
31.10.2019 00:00
2019-cu ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 4002,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2888,2 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 72,2 faizini təşkil etmişdir.