İctimai iaşə
29.11.2019 00:00
2019-cu ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 860,5 milyon manat olmuşdur.
Dövriyyənin 45,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 395,0 milyon manat təşkil etmişdir.