Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2011-ci ilin birinci yarısında Bakı şəhərində "Dərnəgül" metro stansiyası istismara verilmişdir. 2011-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 422,6 milyon manat əsas fondlar istifadəyə verilmişdir. 2011-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 71996 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2011-ci ilin yanvar-iyun aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1496,5 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 1309,5 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 187,0 milyon manatlıq vəsaitdən istifadə edilmişdir. 2011-ci ilin yanvar-iyun aylarında 305,3 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 82,8 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1534,0 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 44,8 faiz artmışdır.