Skip to content Skip to main navigation Skip to footer

İctimai iaşə







2019-cu ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 966,6 milyon manat olmuşdur. Dövriyyənin 45,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 441,0 milyon manat təşkil etmişdir.