Sənayenin inkişafı haqqında
28.02.2020 00:00
2020-ci ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,5 milyard manat təşkil etmişdir.
Sənaye məhsulunun 80,0 faizi mədənçıxarma, 17,6 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 81,0 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,0 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2020-ci il vəziyyətinə 244,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.