Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2011-ci ilin yanvar-may aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 45,5 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,9 min nəfər və ya 23,4 faiz az olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 25,9 faiz artaraq 500,2 manat təşkil etmişdir. 2011-ci ilin yanvar-may aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 16,5 min nəfər olmuşdur ki, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,2 faiz artaraq 736,6 manat təşkil etmişdir. Cari ilin yanvar-may aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 477,2 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 1077,1 manat təşkil etmişdir.