Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2020-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 5,4 faiz artaraq 1697,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 6,5 faiz artaraq 812,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,7 faiz artaraq 885,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 29,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.