Məhsul bazarı haqqında
31.03.2020 00:00
2020-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3249,9 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1535,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 1714,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 34,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.