Ödənişli xidmətlər haqqında
31.03.2020 00:00
2020-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,7 faiz artaraq 885,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 620,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 70,1 faizini təşkil etmişdir.