Skip to content Skip to main navigation Skip to footer

Ödənişli xidmətlər haqqında







2020-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 faiz azalaraq 1224,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 901,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6 faizini təşkil etmişdir.