Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2011-ci ilin yanvar-iyul aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 4503,2 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 3,6 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 19,5 faizi hüquqi şəxslər, 80,5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 876,7 milyon manatlığını hüquqi şəxslərdən, 3626,5 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2010-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 10,3 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 2,1 faiz artmışdır. Əhaliyə satılmış malların 2359,7 milyon manatını ərzaq, 2143,5 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 52,4 və 47,6 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-iyul aylarında əhaliyə güstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 3,1 faiz üstələyərək 1697,5 milyon manata çatmışdır. Xidmətlərin 56,8 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 964,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 0,6 faiz az xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 8,4 faiz artaraq 732,7 milyon manata çatmışdır.