Ödənişli xidmətlər haqqında
22.05.2020 00:00
2020-ci ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,5 faiz azalaraq 1552,4 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1074,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 69,2 faizini təşkil etmişdir.