İctimai iaşə
30.06.2020 00:00
2020-ci ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 37,0 faiz azalaraq 235,2 milyon manat olmuşdur. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 38,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 146,5 milyon manat olmuşdur.