İctimai iaşə
05.08.2020 00:00
2020-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 50,6 faiz azalaraq 238,6 milyon manat olmuşdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 63,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 36,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 28,1 faiz azalaraq 153,7 milyon manat olmuşdur.