Ödənişli xidmətlər haqqında
05.08.2020 00:00
2020-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,3 faiz azalaraq 1949,5 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1273,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 65,3 faizini təşkil etmişdir.