Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2011-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində "Dərnəgül" metro stansiyası, "Kempinski Badamdar" Otel Kompleksi və Müalicə-Diaqnostika Mərkəzi istismara verilmişdir. 2011-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 71996 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2011-ci ilin yanvar-iyul aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1899,7 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,8 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 1607,8 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 291,9 milyon manatlıq vəsaitdən istifadə edilmişdir. 2011-ci ilin yanvar-iyul aylarında 419,2 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artmışdır. 2011-ci ilin yanvar-iyul aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1994,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 37,0 faiz artmışdır.