Ödənişli xidmətlər haqqında
29.12.2020 00:00
2020-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,9 faiz azalaraq 3608,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2456,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 68,1 faizini təşkil etmişdir.