Ödənişli xidmətlər haqqında
02.02.2021 00:00
2020-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu illə müqayisədə real ifadədə 29,6 faiz azalaraq 4315,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2424,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 56,2 faizini təşkil etmişdir.