Məhsul bazarı haqqında
04.03.2021 00:00
2021-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 1757,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 882,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 875,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 33,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,8 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.