Tikintinin əsas göstəriciləri
22.06.2010 00:00
2010-cu ilin yanvar-may aylarında Bakı şəhərində "Dalğa Plaza" İş və Sərgi Mərkəzləri istifadəyə verilmişdir.
2010-cu ilin yanvar-may aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 217416 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
2010-cu ilin yanvar-may aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1124,0 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 38,0 faiz artmışdır.
2010-cu ilin yanvar-may aylarında 346,9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,3 faiz artmışdır.
2010-cu ilin yanvar-may aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 841,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,7 faiz artmışdir.