Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2011-ci ilin yanvar-avqust aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 5196,5 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 4,8 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 19,7 faizi hüquqi şəxslər, 80,3 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 1023,9 milyon manatlığını hüquqi şəxslərdən, 4172,6 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2010-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 13,8 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 2,8 faiz artmışdır. Əhaliyə satılmış malların 2696,0 milyon manatını ərzaq, 2500,5 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 51,9 və 48,1 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 2,2 faiz üstələyərək 1930,6 milyon manata çatmışdır. Xidmətlərin 56,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1094,3 milyon manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 7,7 faiz artaraq 836,3 milyon manata çatmışdır.