Məhsul bazarı haqqında
05.05.2021 00:00
2021-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,5 faiz artaraq 5366,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,0 faiz azalaraq 2617,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.