Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2011-ci ilin yanvar-avqust aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 18,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ãœmumi istehsalın 92,2 faizi sənaye mallarının istehsalı, 7,8 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 15,3 milyard manatlıq və ya ümumi istehsalın 81,1 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 3,5 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Yanvar-avqust aylarında istehlakçılara 18842,8 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,1 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2011-ci il sentyabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 183,4 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 13,7 milyon manat məbləğində digər mallar da olmuşdur.