Məhsul bazarı haqqında
25.05.2021 00:00
2021-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,8 faiz artaraq 6723,1 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 3545,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,7 faiz azalaraq 3177,4 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 38,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,3 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.