Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2021-ci ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma, 20,8 faizi emal, 2,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,2 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,5 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2021-ci il vəziyyətinə 317,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 61,9 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.