Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2011-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində "Dərnəgül" metro stansiyası, "Kempinski Badamdar" Otel Kompleksi və Müalicə-Diaqnostika Mərkəzi istismara verilmişdir. 2011-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 71996 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2011-ci ilin yanvar-avqust aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2268,4 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,3 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 1921,5 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 346,9 milyon manatlıq vəsaitdən istifadə edilmişdir. 2011-ci ilin yanvar-avqust aylarında 524,7 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 94,9 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-avqust aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2362,9 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 35,3 faiz artmışdır.