Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2011-ci ilin yanvar-iyul aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 45,3 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,3 min nəfər və ya 22,7 faiz az olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 24,9 faiz artaraq 506,5 manat təşkil etmişdir. 2011-ci ilin yanvar-iyul aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 16,1 min nəfər olmuşdur ki, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 726,8 manat təşkil etmişdir. Cari ilin yanvar-iyul aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 477,0 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 1058,8 manat təşkil etmişdir.