Məhsul bazarı haqqında
24.08.2021 00:00
2021-ci ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,6 faiz artaraq 12726,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 6385,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,5 faiz artaraq 6341,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.