Ödənişli xidmətlər haqqında
01.10.2021 00:00
2021-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,0 faiz artaraq 2758,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2101,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 76,2 faizini təşkil etmişdir.