Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2021-ci ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,9 faiz artaraq 17017,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 8931,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,2 faiz artaraq 8085,6 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.