Skip to content Skip to main navigation Skip to footer

Ödənişli xidmətlər haqqında







2021-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,6 faiz artaraq 3167,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2816,2 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 88,9 faizini təşkil etmişdir.