İstehlak mallarının satışı və pullu xidmətlər haqqında
24.10.2011 00:00
2011-ci ilin yanvar-sentyabr aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 5933,8 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 12,3 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 19,6 faizi hüquqi şəxslər, 80,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
Əhali istehlak mallarının 1164,0 milyon manatlığını hüquqi şəxslərdən, 4769,8 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2010-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 14,6 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 11,7 faiz artmışdır.
Əhaliyə satılmış malların 3097,4 milyon manatını ərzaq, 2836,4 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 52,2 və 47,8 faiz təşkil etmişdir.
2011-ci ilin yanvar-sentyabr aylarında əhaliyə güstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 1,1 faiz üstələyərək 2193,2 milyon manata çatmışdır.Xidmətlərin 57,1 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1252,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 0,9 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 1,3 faiz artaraq 940,7 milyon manata çatmışdır.