Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2021-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3 faiz artaraq 21478,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 11059,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 10419,4 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.