Tikintinin əsas göstəriciləri
24.10.2011 00:00
2011-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində "Dərnəgül" metro stansiyası, "Kempinski Badamdar" Otel Kompleksi və Müalicə-Diaqnostika Mərkəzi istismara verilmişdir.
2011-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 124553 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
2011-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2615,9 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 2163,2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 452,7 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2011-ci ilin yanvar-sentyabr aylarında 638,1 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 94,5 faiz təşkil etmişdir.
2011-ci ilin yanvar-sentyabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2844,9 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,0 faiz artmışdır.