Tikintinin əsas göstəriciləri
04.05.2022 00:00
2022-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,5 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 24,8 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.