Məhsul bazarı haqqında
04.05.2022 00:00
2022-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8 faiz artaraq 6301,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz artaraq 3636,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2664,4 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.