Ödənişli xidmətlər haqqında
04.05.2022 00:00
2022-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 1308,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1256,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 96,0 faizini təşkil etmişdir.